"Ferrari" pilotu Şarl Lekler "Formula 1" Azərbaycan Qran-prisində qəza törədib.
Offsideplus.az xəbər verir ki, pilotun idarə etdiyi bolid birinci sərbəst yürüşdə baryerə çırpılıb.
Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb. Leklerin avtomobili trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.