“Ferrari” pilotu KARLOS SAYNS media üçün ayrılan mərasimlərdə iştirak etməyib.

Offsideplus.az xəbər verir ki, Bunun səbəbi ispan pilotun özünü yaxşı hiss etməməsidir.

İtaliya komandasından verilən məlumata görə, sürücünün səhhətində ciddi problemlər yoxdur. O , sərbəst yürüşlərə qədər tam sağlam olacaq. Artıq bu axşam baş tutacaq praktika zamanı Sayns sükan arxasında yer alacaq.

Xatırladaq ki, Sayns hazırda çempionatda 171 xalla 4-cü pillədədir. O, komanda yoldaşı Şarl Lekleri 32 xal qabaqlayır.