Dənizkənarı Bulvar ərazisində dünyanın ən gözlənilən yarışlarından biri olan “Red Bull Car Park Drift”in milli finalı keçiriləcək.

 

Offsideplus.az xəbər verir ki, 16 oktyabrda baş tutacaq yarışın qalibi 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək.

Özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı şou göstərən 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaşı şou göstərən işiakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.

“Red Bull Car Park Drift” yarışının iştirakçıları bu ilin avqut ayında dünyaşöhrətli Livanlı driftçi, 2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran Abdo Feqalidən master klasslar alıb. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

WhatsApp Image 2022 10 12 at 14.38.15

 

 

WhatsApp Image 2022 10 12 at 14.38.16

 

WhatsApp Image 2022 10 12 at 14.38.16 1