Formula 1 pilotu Fernando Alonso İsveçrədə velosiped qəzasına uğrayıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı F1 əfsanəsi velosiped məşqləri zamanı maşınla toqquşub. "Alfin" komandası Alonsonun özündə və durumunun yaxşı olduğu məlumatını yayıb. 

"La Gazzetta dello Sport"un xəbərinə görə isə ikiqat dünya çempionunun sınıqları var. Alonsonun mövsümün ilk yarışını buraxacağı bildirilir.