F1 üzrə Türkiyə Qran Prisinin sıralama turu başa çatıb.

Offsideplus.az xəbər verir ki, sabah baş tutacaq yarışa ilk pillədən "Reysinq Point" pilotu Lens Stroll start verəcək. Kanadalı pilot karyerasında ilk dəfə "pol position"a sahib çıxıb. Maks Verstappen ("Redbull") ikinci, Serxio Perez ("Reysinq Point") isə üçüncü yeri tutub.

Yağışlı keçən günün ardından trasa gəlincə, pilotlar heç də razı qalmayıb və komandaları ilə əlaqə saxlayarkən bunları qeyd ediblər:

Şarl Lekler: "Bu şərtlər altında sürə bilmirəm. Təkərlər çox soyuqdur. Trasa gəlincə isə sürüşkəndir".

Sebatiyan Fettel: "Bu an trasda sadəcə su var. Təkərlər işləmir".

Covinatsi: "Vəziyyət çox pisdir".

Kvyat: "Buzun üstündə daha yaxşı hərəkət edərəm".

Hemilton: "Ən az həzz aldığım sıralama turlarından biri idi. Şok oldum".

5fafe19a66a97c909c7221ab