"Formula 1" üzrə dünya çempionatının 9-cu mərhələsi Toskana Qran-Prisi bu gündən etibarən başlayır.

Offsideplus.az xəbər verir ki, Toskana Qran-prisinin azarkeşlərlə keçirilməsi gözlənilir. Təşkilatçılar 3 gün davam edəcək yarışın hər günündə tribunalara 3 min azarkeş buraxmağı planlaşdırırlar.

Qeyd edək ki, "Ferrari" üçün bu tarixdə 1000-ci yarışı olacaq. Yubiley yarışının evdə keçirilməsinə pandemiya səbəb olub, həmçinin cari mövsümün təqvimi yenidən hazırlanıb.

Toskana Qran-prisi Bakı vaxtı ilə saat 13:00-da sərbəst yürüşlə başlayacaq. Yarışa sentyabrın 13-də yekun vurulacaq.