Formula 1 üzrə İtaliya Qran-prisi başa çatıb.

Offsideplus.az xəbər verir ki, dünən baş tutan yarışın qalibi "Alfa Tauri"nin fransız pilotu Pyer Qasli olub. Birinci yer uğrunda yaxşı mübarizə aparan "Maklaren" pilotu Karlos Saynz ikinci, "Reysinq Point"dən Lens Stroll isə üçüncü pillədə qərarlaşıb.

Yarış "Ferrari" pilotları üçün heç yaxşı keçməyib. 6-cı dövrədə Sebastian Fettel mübarizədən kənar qalıb. 25-ci dövrədən sonra isə yarış tamamilə yenidən başlamalı olub. Belə ki, digər "Ferrari" pilotu Şarl Lekler bolidin idarəetməsini itirərək qəza törədib.

Pilotların mübarizəsində lider olan Lüis Hemilton pitstopa tez girdiyi üçün 27-ci dövrədə 10 saniyəlik cərimə alıb. Növbəti dövrələrdə irəliləməyə müvəffəq olan pilot sonuncu pillədən 7-ci yerə yüksələ bilib.

Monza avtodromunda baş tutan mübarizəni ümumilikdə 20 pilotdan 16-sı başa vurub.

{gallery preview_height=400}2020-09-07/İtaliya_Qran_Prisi{/gallery}