"AZ Alkmaar"ın heyətində "Qalatasaray" ilə oyunöncəsi ciddi itki baş verib. 

Offsideplus.az xəbər verir ki, komandanın kapitanı Cordi Klasie İstanbula gətirilməyib. Bu barədə Niderland mediasından "Telegraaf" nəşri məlumat yayıb.

Klasienin zədəli olduğu qeyd edilib.

Xatırladaq ki, tərəflər arasında görüş sabah Bakı vaxtı ilə 21:45-də start götürəcək.