"Tottenhem"in baş məşqçisi Anqe Postekoqlu maraqlı açıqlama ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, yunan mütəxəssis UEFA-nın turnirlərin formatlarımın dəyişməsinə münasibət bildirib:
“Avrokuboklarda oyun sayının artması bizim kimi geniş heyətə malik olmayan komandaların işinə heç yaramır. Üstəlik, nəzərə alaq ki, bəzi zədəlilərimiz var. Avropa Liqasında oyun sayının çox olması Premyer Liqaya da rahat köklənməyə mane olur. İndi yanvarın sonuna qədər həftədə iki matç keçirməli olacağıq. Bu ritmə öyrəşmək lazımdır. Heyətdəki bütün futbolçulardan yararlanacağıq. Zədəlilərimiz olduqda isə 6-7 həftə oynamayanlara şans verməli olacağıq. Yeni format oyun və məşq tempini yüksəldəcək. Bu baxımdan yeni format xeyir verə bilər. Ötən mövsümdəkindən daha çoxuna qadirik”.