Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçlarından sonra UEFA yeni reytinqini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, "Zirə"nin "Şerif"ə məğlubiyyəti Azərbaycanın mövqeyini dəyişməyib. Ölkəmiz sıralamada 25-ci sırada qərarlaşıb. Hesabımızda 17,000 əmsal var.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə başçılıq edir. Britaniyalıların hesabında 89,160 əmsal var.