“Qarabağ” klubu bu gün Avropa Liqasının pley-off mərhələsindəki oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionu “Olimpiya”nın qonağıdır.
Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürsə də, texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlandıra bilməyib.
Bu barədə "Qarabağ'' FK - nın Rəsmi İnstaqram səhifəsində məlumat verilib.
Qeyd olunub ki, yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır.
"İdman TV"nin açıqlaması: Əziz izləyicilər, texniki xəta səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!"