Riçard Almeyda "Qarabağ"a transferi və 2017-ci ildə Ağdam təmsilçisi ilə UEFA Çempionlar Liqasının qrup mərhələsindən danışıb.

Offsideplus.az xəbər verir ki, o, bu barədə UEFA-nın "Qarabağ" üçün hazırladığı reportaj zamanı bəhs edib:

"Avropanın ən böyük klubları növbəti rəqiblərinin Azərbaycanın "Qarabağ" klubu olduğunu görəndə bizə yuxarıdan aşağı baxırdılar. Təkcə 2017-ci ildə deyil, ümumiyyətlə oynadığımız hər şey haqqında bizimlə əlaqəsi olanlar bilir. Həmin il bizim üçün uğurlu oldu. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Həmin mövsüm doğrudan da bizim üçün əlamətdar idi".

Reportajı təqdim edirik: