"Olimpiakos" - "Qarabağ" matçının baş hakimi bosniya və herseqovinalı İrfan Pelto Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Sürix" (İsveçrə) oyununu da idarə edib.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı referi Ağdam təmsilçisinin 3:2 hesabı ilə qələbə qazandığı həmin matçda "Sürix"in ikinci hissədə vurduğu ilk qol ofsaydda olsa da, qeydə alıb. Təsnifat mərhələlərində VAR-dan istifadə olunmadığı üçün epizod yenidən nəzərdən keçirilməmişdi.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Həmin görüntüləri təqdim edirik: