"Qarabağ"ın heyətində fərdi keyfiyyətləri yaxşı olan çoxlu futbolçu var. Onlar bura yüksək motivasiya ilə gəliblər və meydanda var gücləri ilə mübarizə aparacaqlar".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Frayburq" klubunun futbolçusu Vinçentso Qrifo UEFA Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"a qarşı keçirəcəkləri ev oyunundan öncə mətbuat konfransında deyib.
İtaliyalı yarımmüdafiəçi "Qarabağ" haqda müsbət fikirlər bildirməklə yanaşı, rəqibdən çəkinmədiklərini də qeyd edib: "Qarabağ"a hörmətlə yanaşırıq. Amma rəqibdən çəkinmirik. Stresli oyun olacaq. Gözləntilər böyükdür. Heyətimizdə milli üzvləri var ki, onlar bu ritmi bilirlər. Olduqca xoşbəxtik. Ötən mövsüm mübarizə apardıq ki, cümə axşamı günlərində divanda oturub avrokubok matçlarını seyr etməyək".