Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus yerli RTL telekanalında işləyəcək.
Offsideplus.az xəbər verir ki, 61 yaşlı canlı əfsanə futbol eksperti kimi fəaliyyət göstərəcək.
Sözügedən kanal Almaniyada Avropa Liqası və Konfrans Liqasının oyunlarının teleyayım hüquqlarını satın alıb.
Telekanalın ilk yayımı sentyabrın 8-də baş tutacaq "Frayburq" – "Qarabağ" görüşü olacaq.
Qeyd edək ki, Lotar Matteus Almaniya millisi ilə 1980-ci ildə Avropa, 1990-cı ildə dünya çempionu olub.