Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brian Priske ötən gecə Avropa Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) ilə cavab oyunundan sonra mətbuat konfransına yarımçılpaq vəziyyətdə çıxıb.
Offsideplus.az xəbər verir ki, onun bu addımına səbəb oyundan əvvəl futbolçuları ilə mərcə girməsi olub.
Priske oyunçularına ilk oyunda 2-4 hesabı ilə uduzduqları "Omoniya"nı keçib Avropa Liqasının qrupuna yüksələ bilməyəcəklərini deyib. Ötən gecə isə görüşün əsas və əlavə vaxtı "Antverpen"in 2:0 hesablı üstünlüyü ilə bitib. Penaltilərdə rəqibini üstələyən (3:2) Belçika təmsilçisi Avropa Liqasının qrupuna yüksəlib.
Mərci uduzan məəşqçi mətbuat konfransına hamam dəsmalına bürünüb gəlib.