UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizədin adı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu ada Bolqarıstan “Lüdoqorets”indən Elvis Manu, Avstriya “Volfsberq”indən Mixael Lindl, Niderland PSV-sindən Donyell Malen və Serbiyanın “Srvena Zvezda” komandasından El-Fardu Ben-Nabuan iddia edir.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.