UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları ölkəmizinUEFA reytinqindəki mövqeyini dəyişib.

Offsideplus.az xəbər verir ki, ölkəmiz hesabına daha 0,750 xal yazıb.

“Neftçi” “Şkupi” üzərində 2:1 hesablı qələbə ilə 0,375, “Keşlə” “Laçi” bərabərliyi sayəsində 0,250 xal qazanılmasına şərait yaradıb. “Şkendiya”ya 0:2 hesabı ilə uduzan “Sumqayıt” isə cəmi 0,125 xalla kifayətlənib. Bunadək “Qarabağ”ın 0,750 xal əldə etdiyini nəzərə alsaq, mövsümlük qazanc 1,500-ə çatıb.

Son 5 mövsümün nəticələrinə əsasən reytinqimiz 15,875-ə yüksəlib. Bununla da ölkəmiz hazırda 26-cı pillədədir.