UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarına müraciət edərək Avropa Liqasını tərk etmələrini xahiş edib.
Offsideplus.az xəbər verir ki, sloveniyalı futbol funksioneri turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb. Seriya A klubarının bu təklifdən imtina etdiyi iddia olunur.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə "Roma"nın İspaniya təmsilçiləri "Xetafe" və "Sevilya" ilə səfər matçları koronavirusa görə təxirə salınıb.