Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi”nin rəqibi olan "Bney Yehuda”nın 2019/20 mövsümü üçün büdcəsi açıqlanıb.

Offsideplus.az İsrail mediasına istinadən xəbər verir ki, Təl-Əviv klubunun büdcəsi 18 milyon şekel (8,7 milyon manat) təşkil edir. Bu məbləğin yarısı oyunçuların maaşlarına və transferlərə sərf olunacaq. 
Qeyd edək ki, avqustun 8-də "Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.