Bakıda keçiriləcək Avropa Liqası finalına hazırlanan “Çelsi” klubu ABŞ-da hazırlığını davam etdirir.

Offsideplus.az xəbər verir ki, yoldaşlıq matçında “Nyu İnqlənd Revoluşn” klubu ilə qarşılaşan zadəganlar ciddi itki ilə üzləşib. Ruben Loftus-Çik dabanından aldığı zədə səbəbindən “Arsenal”la final matçı ilə yanaşı İngiltərə millisinin Millətlər Liqası matçını da kənardan izləməli olacaq.

Futbolçunun zədə səbəbindən ən azı 6 ay oynamayacağı bildirilir.