Belarus təmsilçisi “Dinamo" Konfrans Liqasının Liqa mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək. 

Offsideplus.az xəbər verir ki, klub oktyabrın 3-də saat 20:45-də Şotlandiyanın “Harts”, noyabrın 28-də saat 21:45-də Danimarkanın “Kopenhagen” və dekabrın 12-də saat 21:45-də Şimali İrlandiyanın “Larn” komandalarını ilə qarşılaşacaq. Bu görüşlərin hamısı Azərbaycanda baş tutacaq. 

Qeyd edək ki, oyunlar azarkeşsiz keçiriləcək.