Avropa çempionatının final matçından sonra İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt məğlubiyyəti şərh edib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis yaxşı mübarizə apardıqlarını bildirib: 

"İspaniya turnirin ən yaxşı komandalarından biridir. Lakin biz də layiqli mübarizə apardıq. Son 10 dəqiqədə bizim komanda daha yaxşı idi. Futbolçularım bütün ölkəni qürurlandırdı. Ardıcıl 2-ci dəfədir ki, həlledici görüşə vəsiqə qazanırıq. Təssüf ki, bu şanslardan yararlana bilmədik". 

Qeyd edək ki, həlledici qarşılaşmada İspaniya İngiltərəni 2:1 hesabı ilə məğlub edib.