İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt İspaniyaya qarşı keçirəcəkləri final oyunu barədə fikirlərini bölüşüb.

Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis oyunçularının motivasiyaya ehtiyacı olmadığını deyib:

"Nağıllara yox, xəyallara inanıram. Böyük arzularımız var idi, onları indi reallaşdırmalıyıq. Bəzən yaxşı səviyyədə çıxış edə bilmədik. Lakin indi nəyə qadir olduğumuzu göstərməliyik. Ən yaxşı səviyyədə çıxış etmək istəyirik. Futbolçularımın motivasiyaya ehtiyacı yoxdur".

Qarşılaşmanın start fiti 23:00-da səslənəcək.