UEFA Avropa çempionatının finalından öncə yeni qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, ən çox qol vuran futbolçular siyahısında bir neçə futbolçu olarsa,"Qızıl buts" mükafatı bu oyunçular arasında bölüşdürüləcək və hamıya veriləcək.
Hazırda Kodi Qakpo, Dani Olmo, George Mikautadze, Harri Keyn, İvan Şrants və Camal Musiala hərəyə 3 qol vurub. Əvvəlki qaydaya əsasən mükafat ən çox assistə imza atan (3) Dani Olmoya təqdim olunmalı idi. Bu halda isə daha asəz assist sahibi Keynin də mükafatı qazana bilmək şansı artır.
Qeyd edək ki, AÇ-2020-də "Qızıl Buts"u Patrik Şiklə bombardirliyə şərik olan (5) Kristiano Ronaldo daha çox assistə imza atmasına görə qazanmışdı.
Xatırladaq ki, İspaniya - İngiltərə oyunu 14 iyul Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.