Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa Çempionatının 1/2 finalında İspaniyaya (1:2) məğlub olduqları matçı şərh edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis potensiallarını tam sərgiləyə bilmədiklərini deyib:
"Oyunda hesabı açsaq da, sonra qalib tərəf İspaniya oldu. Çıxışımız ürəkaçan deyil. Yarımfinala qədər yaxşı mübarizə apardıq. Lakin alınmadı".
Deşam millidəki gələcəyi haqda danışıb:
"Bu haqda federasiya prezidenti daha yaxşı cavab verə bilər. Reallıq odur ki, yarımfinalda məğlub olduq. Hər şeyi təhlil edəcəyik".