İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Avropa Çempionatının yarımfinalında Fransa ilə oyundan öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis onları çətin sınaq gözlədiyini qeyd edib:

"Bu Fransa ilə finalda qarşılaşa bilərdik. Lakin elə alındı ki, bir komanda turnirlə vidalaşacaq. Yaxşı iş bacarmışıq. Həlledici görüşə vəsiqə qazanmaq üçün bir oyun qalıb. Hər xırda detala diqqət edəcəyik. Keyfiyyətli oyun sərgiləməyə çalışacağıq".

Qarşılaşma bu gün saat 23:00-da start götürəcək. Matç Münxendə baş tutacaq.