"Daily Mail" nəşri maraqlı məlumat dərc edib.

Offsideplus.az xəbər verir ki, həmkarlarımız AÇ-2024-ün qalibinin Fransa olacağını iddia edib. Buna səbəb "xoruzlar"ın formasının rənginin mavi olmasıdır. "Daily Mail" bunu sadə araşdırma ilə isbat edib. Sən demə Avropa Çempionatları tarixində ən çox mavi rəngli forma geyinən komandalar qalib olurmuş.

Qeyd edək ki, AÇ-2024 bu gün saat 23:00-da Almaniya - Şotlandiya matçı ilə start götürəcək.