21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Offsideplus.az-ın məlumatına görə, Milan Obradoviçin kollektivi A qrupundakı 4-cü matçında Xorvatiya ilə üz-üzə gəlib.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşmada xorvatlar 5:1 hesabı ilə qalib gəlib.

Qrupun digər oyunlarında Finlandiya Avstriyanı 3:1, Norveç Estoniyanı 3:0 hesabı ilə məğlub edib.

AVRO-2023-ün seçmə mərhələsi

12 oktyabr

20:30. Azərbaycan – Xorvatiya 1:5

Qol: Roko Şimiç, 9, 13, Nikola Soldo, 24, Şimiç, 44, Musa Qurbanlı, 55-pen., Kolina, 81 
Baş hakim: Ondrjey Berka (Çexiya)
Sumqayıt. “Kapital Bank Arena”