Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Avropa çempionatı və seçmə mərhələləri tarixinin ən gənc debütanlarını açıqlayıb.

Offsideplus.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov da yer alıb. Belə ki, hazırda klubsuz olan 32 yaşlı yarımmüdafiəçi AVRO-2008-in seçmə mərhələsinin 2006-cı il sentyabrın 2-də baş tutan Serbiyaya qarşı səfər oyununda (1:0) debüt edib. 17 yaş 100 günlük olan futbolçumuz ən gənc debütantlar arasında 9-cu pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində AVRO-2016-nın Bolqarıstana qarşı seçmə matçına çıxan norveçli Martin Edeqor (15 yaş 300 gün) qərarlaşıb. İkinci yeri islandiyalı Siqurdur Yonsson (16 yaş 251 gün), üçüncü pilləni isə lextenşteynli Peter Yehle ( 16 yaş 265 gün) tutub.