21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Norveçlə oyununun tarixi dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, Norveç Futbol Federasiyasının UEFA-ya müraciətinə əsasən, qarşılaşma 2022-ci il iyunun 14-ə keçirilib.

Qeyd edək ki, daha öncə görüşün bu il iyunun 6-da oynanılması nəzərdə tutulurdu.