İdman gimnastikası üzrə yığma komandamız ardıcıl iki beynəlxalq turnirdə iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, əvvəlcə yığmanın üzvləri - Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, qadınlar arasında isə Nazənin Teymurova fevralın 15-18-də Misirin paytaxtı Qahirədə yarışa qatılacaqlar.

Fevralın 22-25-də isə gimnastlarımız Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya kubokunda qüvvələrini sınayacaqlar.