Bakıda atletika üzrə beynəlxalq turnir keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Bakı beynəlxalq qış yarışı fevralın 2-3-də baş tutacaq.

Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Atletika” kubunun birgə təşkilatçılığı ilə keçiriləcək. Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiyanın Saxa Respublikasından (Yakutiya) atletlər öz güclərini sınayacaqlar.

Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Turnirin proqramına böyüklər arasında 60 m qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növləri daxil edilib.

U-18 yaş qrupunda isə atletlər uzunluğa tullanma və 60 məsafəyə qaçışda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış Respublika Olimpiya Mərkəzində təşkil olunacaq.