Türkiyənin "Milliyet" nəşri 2018-ci ilin ən yaxşıları nominasiyasına namizədləri açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ilin idmançısı adına 6 namizəd var. Onlardan biri də azərbaycanlı atlet Ramil Quliyevdi. Ötən il Türkiyə yığmasının heyətində Avropa çempionu titulunu qazanan Quliyev ən yaxşı olmaq üçün Cedi Osman, Mete Qazoz, Taha Akgül, Yasemin Adar və Metehan Başarla mübarizə aparacaq.
Bundan başqa, ilin futbolçusu, komandası, məşqçisi, inkişafda olan idmançısı, paralimpiyaçısı və qadın idmançısı adına namizədlər də açıqlanıb.
Azarkeşlər arasında internet vasitəsilə aparılan səsverməyə martın 22-də yekun vurulacaq.