Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçının adı məlum olub.
Offsideplus.az xəbər verir ki, çempion titulu uğrunda yarışda həlledici görüşə hamıdan tez Şəhriyar Məmmədyarov (2732) vəsiqə qazanıb. O, yarımfinalda rəqibi Misrətdin İsgəndərovu (2515) 2:0 hesabı ilə məğlub edib. Həm kişilərin, həm də qadınların mübarizəsində digər yarımfinal cütlüklərində hesab bərabərdir - 1:1. Sabah tay-breyk görüşləri bütün finalçıların adına aydınlıq gətirəcək. Fevralın 15-dək davam edəcək çempionatın ümumi mükafat fondu 60 min manatdır.
Yarımfinal
Kişilər
Şəhriyar Məmmədyarov (2732) - Misrətdin İsgəndərov (2515) 2:0
Rauf Məmmədov (2656) - Teymur Rəcəbov (2698) 1:1
Qadınlar
Ülviyyə Fətəliyeva (2381) - Gövhər Beydullayeva (2404) 1:1
Günay Məmmədzadə (2412) - Gülnar Məmmədova (2335) 1:1