Ümumdünya Şahmat Olimpiadasının VII turunda kişi və qadın millilərimiz Qazaxıstan yığmaları ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, kapitanı Teymur Rəcəbovun olduğu kişilərdən ibarət millimiz VII turda rəqibini 3:1 məğlub edib. Komanda buna qədər Monteneqro, İordaniya, Finlandiya, və Moldovanı məğlub edib, Hindistan və Litvaya uduzub. 

Mixail Şereşevskinin kapitanlıq etdiyi qadınlardan ibarət yığmamız isə VII turda 1:3 hesablı məğlubiyyətə uğrayıb. 

Qızlar daha öncə Sloveniya, Nikaraqua, Avstraliya və Vyetnama qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib.