İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı baş tutub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan sahmatçısı Gövhər Beydullayeva dünya çempionatında tarixi uğura imza atıb. O, 9 oyundan 11 xal toplayaraq çempionatı birinci pillədə başa vurub.
Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, sabah İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.