Kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar bəlli olub.

Offsideplus.az xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə etməklə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qalib gəlməklə adlarını həlledici oyuna yazdırıblar.

Sözügedən şahmatçılar yarımfinalın ilk görüşündə rəqiblərini məğlub etmişdilər.

Final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa, finalçılar arasında tay-brek oynanılacaq.

Səfərli və Muradlı isə 3-cü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.