Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısı bəlli olub.

Offsideplus.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Teymur Rəcəbov 2747 xalla 11-ci sırada qərarlaşıb, Şəhriyar Məmmədyarov isə bir mövqe itirərək 14-cü yerdədir (2746 xal). Qədir Hüseynov (2661) 2 pillə irəliləyərək 86-cı yerə enib. 2646 xala malik Rauf Məmmədov 100-cü, Nicat Abbasov 102-cüdür. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2428) 37-cidir. İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 2387 xalla 98-ci pillədən 62-ci sıraya yüksəlib. Əvəzində Xanım Balacayeva (2379) 73-cü, Gülnar Məmmədova isə (2376) 78-ci yerə geriləyib.