"Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşləri baş tutacaq.
Offsideplus.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu raundda Rumıniya təmsilçisi Riçard Rapportla qarşılaşacaq.
Qeyd edək ki, norveçli dünya çempionu Maqnus Karlsen polşalı Yan Kşiştof-Duda ilə görüşəcək.