Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, norveçli Maqnus Karlsenin (2856 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3 pillə geriləyib. 37 yaşlı qrossmeyster 2747 xalla 13-cüdür. Eyni xala malik Teymur Rəcəbov bir mövqe itirərək 16-cı olub. Qədir Hüseynov (2661) bir pillə irəliləyərək 84-cü yeri tutub. Nicat Abbasov (2646) 101-ci, Rauf Məmmədov (2646) 102-ci sıradadır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2483) 3, Ülviyyə Fətəliyeva (2422) 6, Gülnar Məmmədova (2389) 11, Xanım Balacayeva (2384) 9 pillə irəliləyib. Məmmədzadə 18-ci, Fətəliyeva 39-cu, Məmmədova 62-ci, Balacayeva isə 66-cı sıradadır. Azərbaycan millisinin digər üzvü Gövhər Beydullayeva (2356) ilk "100-lüy"ə düşüb. O, 2356 xalla 98-cidir.