Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını elan edib.

Offsideplus.az xəbər verir ki, siyahıda Azərbaycanın bir təmsilçisi ilk 10-luğa düşüb. İki pillə irəliləyən Şəhriyar Məmmədyarov 2758 xalla 10-cu yerə yüksəlib.

Teymur Rəcəbov da irəliləyib. Hesabında 2747 xal olan Rəcəbov 3 pillə irəliləyib. O, hazırda 15-ci yerdə qərarlaşıb.