Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iyulun 10-da Mayamidə start götürəcək “Çempionlar Turu”nun növbəti mərhələsində iştirak edəcəklər.
Offsideplus.az xəbər verir ki, yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparacaq.
Qrossmeysterlərimizin turnirdə rəqibləri Yan-Kşiştof Duda, Radoslav Voytaşek (hər ikisi Polşa), Aniş Giri (Niderland), Lenyer Dominqes, Levon Aronyan, Samuel Sevyan, Samuel Şenklend, Ceffri Şonq, Hans Niman (hamısı ABŞ), Rixard Rapport (Macarıstan), Aryan Tari (Norveç), Vey Yi, Yu Venjun (hər ikisi Çin) və Arjun Eriqaisi (Hindistan) olacaq.
Zəka sahibləri öncə dairəvi sistem üzrə mübarizə aparacaqlar. 15 turdan sonra ilk “səkkizlik” pley-offa yüksələcək.
Turnirə iyulun 17-də yekun vurulacaq.