Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda 9-cu görüş baş tutub.

Offsideplus.az xəbər verir ki, qara fiqurlarla oynayan Karlsen 39-cu gedişdə rəqibini udub. Bu, hazırkı dünya çempionunun 3-cü qələbəsi olub. Karlsen bu nəticə ilə hesab arasındakı fərqi üçə çatdırıb - 6:3.

Qeyd edək ki, tərəflər arasında 10-cu qarşılaşma dekabrın 8-də olacaq. Karlsen ağ, Nepomnyaşi isə qara fiqurlarla mübarizə aparacaq.