Latviyanın paytaxtı Riqa şəhərində şahmat üzrə "Grand Swiss" turniri davam edir.

Offsideplus.az xəbər verir ki, yarışda bu gün 5-ci turun görüşləri keçirilib.

Təmsilçilərimizdən Rauf Məmmədov Rameşbabu Praqnanandxa (Hindistan), Nicat Abbasov Ceffri Şonq (ABŞ), Vasif Durarbəyli Baadur Cobava (Gürcüstan), Aydın Süleymanlı isə Hyorvar Qretarsson (İslandiya) ilə üz-üzə gəlib.

Zəka sahiblərimizdən yalnız Aydın Süleymanlı qarşılaşmasını qələbə ilə başa vurub. Digər qrossmeysterlərimiz isə rəqiblərinə məğlub olub.

Hazırda Nicat Abbasov və Rauf Məmmədovun 2 xalı var. Vasif Durarbəyli ilə Aydın Süleymanlı isə hesablarına 1,5 xal yaza bilib.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir.