Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ilk yarış gününə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Magnus Carlsen Invitational" adlanan turnirə uğurlu start veriblər.

İlk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Məmmədyarov növbəti 2 partiyada rusiyalı Daniil Dubov və ABŞ şahmatçısı Hikaru Nakamura ilə sülh bağlayıb. 4-cü turda niderlandlı Yorden van Forestə qalib gələn 36 yaşlı qrossmeyster son oyunda Maksim Vaşye-Laqrav (Fransa)

Teymur Rəcəbov ilk 4 görüşünü sülhlə başa vurub. 34 yaşlı şahmatçı müvafiq olaraq, Aniş Giri (Niderland), Alan Piçot (Argentina), Uesli So (ABŞ) və Levon Aronyanla heç-heçə edib. O, son qarşılaşmada isə Dubov üzərində qələbə qazanıb.

Qeyd edək ki, 5 turdan sonra hərəyə 3 xal toplayan Məmmədyarov və Rəcəbov Vaşye-Laqrav, Dubov və Nakamura ilə birlikdə 4 - 8-ci yerləri bölüşdürür. İlk pillədə isə 4 xalla Aniş Giri qərarlaşıb.