Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlı üçüncü mərhələsinin 1/4 finalında niderlandlı Aniş Girini mübarizədən kənarlaşdırmasından məmnun deyil.
Offisideplus.az xəbər verir ki, buna azərbaycanlı qrossmeysterin Giri ilə yaxın münasibətdə olmasıdır. Bu barədə Teymur Rəcəbov qələbəsi ilə başa çatan oyundan sonra yarışın rəsmi saytına açıqlama verib:
"Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm. Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil".
Qeyd edək ki, Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.