“Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında Teymur Rəcəbov qalib gəlib.

Offsideplus.az xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyan üzərində qələbə qazanıb.. Günün ilk oyununda heç-heçəyə razılaşarkən, ikinci gərgin görüşdə Rəcəbov Aranyona qalib gəlib.

3-cü oyunda heç-heçə edən Teymur Rəcəbov beləliklə turnirin qalibi olub.

Sonda göz yaşlarını saxlaya bilməyən qrossmeysterimizin görüntülərini təqdim edirik: