Qadınlar arasında onlayn sürətli şahmat üzrə Dünya Kubokunun ikinci mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, bu gün baş tutacaq 1/8 final mərhələsində yeganə Azərbaycan təmsilçisi Günay Məmmədzadə dünyanın ən yaxşı qadın şahmatçılarından biri Yifen Hou ilə üz-üzə gələcək.
Sabiq dünya çempionu və FİDE reytinqinin lideri ilk mərhələdə istirahət etdiyindən yarışdakı debütü təmsilçimizə qarşı olacaq.