E-Milli Liqa Rusiya Kiber Futbol Federasiyası ilə əməkdaşlıq sazişi imzalayıb.

Offsideplus.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində, EML-də ən yüksək nəticə göstərmiş oyunçular və komandalar RKF tərəfindən keçirilən beynəlxalq "eSport" turnirlərində iştirak edəcək, ölkəmizi xaricdə təmsil etmək hüququ qazanacaqlar.

İkinci turdan etibarən, EML iştirak edən komandalar Rusiya Premyer Liqasını təmsil edən klubların "eFootball" komandalarına qarşı da oyunlar keçirəcək. Bütün oyunlar EML sosial media səhifələrindən və  www.EML.az veb saytından canlı yayımlanacaq.